Şəmkir Bilik Evi Heydər Əliyev Mərkəzində Tolerantlıq Gününü qeyd edib - FOTOLAR

10.11.2016 13:35     Artreaksiya     1548

Noyabrın 9-u Şəmkir Heydər Əliyev Mərkəzində 16 noyabr Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Şəmkir Bilik Evinin direktoru, millət vəkili Sona Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Bakı Dövlət Universitetinin Qazax filialının baş müəllimi Mübariz Süleymanov, ziyalılar, rayonda yaşayan müxtəlif xalqların nümayəndələri, gənclər iştirak ediblər.

Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, açılış nitqi ilə çıxış edən S.Əliyeva bildirib ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Millət vəkili Ulu öndər Heydər Əliyevin Azərbaycanda tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışaraq, nəticədə ölkəmizin bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanındığına diqqət çəkib.

Tədbirdə çıxış edən qonaqlar Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin və ayrı-ayrı dinlərə mənsub insanların bir ailə kimi yaşadığını, dini və milli tolerantlığın yüksək səviyyədə olduğunu deyiblər. Rayonda yaşayan xalqların nümayəndələri çıxışlarında Şəmkirdə multikultural ənənələrin tarixən qorunduğunu qeyd edərək, burada yaşayan bütün xalqların nümayəndələrinə daim hörmət göstərildiyini bildiriblər.

Şərhlər