“Oğlan evi-2” bu gündən kinoteatrlarımızda

01.12.2016 14:53     Artreaksiya     2297

Nizami Kino Mərkəzində “Oğlan evi-2” filminin təqdimat mərasimi keçirilib

Axar.az xəbər verir ki, mərasimdə aktyorlar Şəhriyar Əbilov, Fərda Xudaverdiyev, Müşfiq Şahverdiyev, rəqqasə Oksana Rəsulova və başqaları iştirak edib.

Təqdimatın sonunda filmin rejissoru İlham Qasımov və ssenaristi Dj Fateh hər kəsə təşəkkür edib.

Filmdə Elcan Rəsulov, Nicat Rəhimov və Hüseyn Əzizoğlu kimi aktyorlar rol alıb.

Qeyd edək ki, film 1 dekabrdan etibarən şəhərin bütün kinoteatrlarında nümayiş olunacaq.

 

Reaksiya.az

Şərhlər