MTRŞ: Dekabrın 20-də 65 analoq TV yayım stansiyası söndürüləcək

15.12.2016 13:16     Artreaksiya     1506

“Dekabrın 20-də 10 Radio-televiziya yayım stansiyasında işləyən 65 analoq TV yayım stansiyası söndürüləcək”.

 

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.

 

O bildirib ki, analoq yayımın III mərhələdə dayandırılması nəzərdə tutulan Masallı, Beyləqan, Biləsuvar, Hacıqabul rayonlarında Radio-televiziya yayım stansiyası olmadığından, onlar TV verilişlərini qonşu rayondakı TV stansiyaları vasitəsilə izləyirlər.

 

İ. Məmmədov qeyd edib ki, bu bölgədəki radio-televiziya yayım stansiyaların çoxu güclü TV stansiyalarıdır.

 

Qeyd edək ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-də isə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda, dekabrın 10-da Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə,  Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV yayımı dayandırılıb və rəqəmli TV yayımı həyata keçirilir. Analoq yayımın III mərhələdə - 20 dekabrdan Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada dayandırılması nəzərdə tutulur

Şərhlər