Məşhur triller Azərbaycan dilinə dublyaj olundu

17.12.2016 13:37     Artreaksiya     1496

2016-cı ildə "Cinemazadeh" studiyası tərəfindən dublyaj olunan "Qonşu" filmi kriminal triller janrındadır

"CinemaPlus" premium kinoteatrlar şəbəkəsi, Azərbaycan dilinə dublyaj olunan beşinci filminin nümayişinə başlayıb. 2016-cı ildə "Cinemazadeh" studiyası tərəfindən dublyaj olunan "Qonşu" filmi kriminal triller janrındadır.

Dublyajın baş redaktoru Xətai Əli, produser Tural Əsədov, səs rejissoru Orxan Həsənli, masterinq Azad Vəliyev, Post-prodakşn supervayzer Vüqar İslamzadədir. Filmin səsləndirilməsində iştirak ediblər: Oleq Əmirbəyov, Rövşən Məmmədli, Nəzakət Məmmədli, Gülnarə Zülalova, Səid Nizami, Kamal Yaşar və Xətai Əli. Kriminal trillerin rejissoru Markus Danstendir. Baş rollarda Coş Stuart, Melissa Bolona və Aleksandra Essou oynayır.

 

Şərhlər