Mədəniyyət evinə Ağaxan Abdullayevin adı verildi

29.11.2017 12:36     Artreaksiya     1571

Nazirlər Kabineti bununla bağlı müvafiq dəyişiklik edib

Bakı şəhərinin Xəzər rayonundakı Türkan qəsəbə Mədəniyyət Evinə mərhum xalq artisti Ağaxan Abdullayevin adı verilib. Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda müvafiq dəyişiklik edib.

Qərara əsasən Mədəniyyət və Turizm Nazirliyinin təklifinə əsasən, Bakı şəhərinin Xəzər rayonundakı Türkan qəsəbə Mədəniyyət Evinə görkəmli muğam ustası, Xalq artisti Ağaxan Abdullayevin adı verilib.


Reaksiya.az

Şərhlər