"Oskar" mükafatının qalibləri müəyyənləşib

05.03.2018 12:37     Artreaksiya     1918

Los Ancelesdə keçirilən mərasimdə 90-cı "Oskar" kinomükafatının qalibləri elan olunub. 
 
APA-nın xəbərinə görə, ən yaxşı film nominasiyasında "The Shape of Water" filmi, ən yaxşı rejissor nominasiyasında Qilermo del Toro, ən yaxşı qadın rolu nominasiyasında "Three Billboards Outside Ebbing, Missouri” filmindəki roluna görə Françes Makdormand, ən yaxşı kişi rolu nominasiyasında "Darkest Hour” filmi ilə Qari Oldman, ən yaxşı ikinci dərəcədə kişi rolu nominasiyasında Sam Rokuel (Three Billboards Outside Ebbing, Missouri filmi), ən yaxşı ikinci dərəcədə qadın rolu nominasiyasında Alison Canney (I, Tonya) qalib elan edilib.
 
Bundan başqa, xarici dildə ən yaxşı film nominasiyasında "A fantastic woman” filmi, ən yaxşı animasiya filmi nominasiyasında "Coco”, ən yaxşı sənədli film " İcraus”, ən yaxşı qıs animasiya filmi nominasiyasında "Dear basketball, ən yaxşı qısametrajlı film nominasiyasında "The silent child” mükafata layiq görülüb. 
 
"Oskar"ın digər mükafatları ən yaxşı qrim işi, ən yaxşı saç düzümü, ən yaxşı texniki effektlər və s. görə təqdim edilib.
 
Qeyd edək ki, Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatı kinematoqrafiya sahəsində ən nüfuzlu mükafat sayılır. İldə bir dəfə təqdim edilən mükafat 1927-ci ildə təsis edilib.
 
İlk mükafatın təqdim etmə mərasimi 1929-cu il mayın 16-da Los Ancelesdə "Hollivud Ruzvelt" hotelində baş tutub, 12 nominasiya üzrə qaliblər mükafatlandırılıb.
 

Şərhlər