Gənc Tamaşaçılar Teatrında növbəti tamaşa Aprel şəhidinə həsr edilib

03.04.2018 13:59     Artreaksiya     1384

Aprelin 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Yarımçıq qalmış” adlı tamaşa nümayiş ediləcək.

Teatrın mətbuat xidmətindən  bildirilib ki, Xalq Artisti Vaqif Əsədovun quruluşunda baxılacaq səhnə əsəri Leyla Beyim və Yefim Abramovun eyniadlı əsərləri əsasında səhnələşdirilib.

Tamaşa Aprel döyüşlərində şəhid olmuş gənc heykəltəraş Samir Kaçayevin xatirəsinə ithaf edilib.

Reaksiya.az

Şərhlər