Musiqi Dünyası” “Yeni Yurd” uşaq evində - FOTOLAR

17.04.2018 22:48     Artreaksiya     1247

Q.Abbasov adına Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Musiqi Dünyası" musiqiyə dəstək kompaniyasının üzvləri “Yeni Yurd” uşaq evində yardım konserti keçirib.

Reaksiya.az-ın məlumatına görə, aprelin 14-də baş tutan yardım konsertinin təşkilatçılarından biri və “Musiqi Dünyası”-nın sədri Rəqsanə Əsəd öz çıxışı və musiqiləri ilə tədbiri açıq elan edib. Əvvəlcədən yığılan vəsait hesabına körpələrə və yeniyetmələrə hədiyyələr alınıb və şirniyyat süfrəsi açılıb. Gənc və istedadlı xanəndə Rəqsanə Əsəd, vokalist Günel Həsənova, gənc xanəndə Səbinə Cəfərova öz musiqi töhfələri ilə uşaqları sevindiriblər. Gənc fəallar Aytən Əsgərova, Vaqif Dadaşov, Səid Əliyev, Dillər Universitetinin gənc fəalları Sevinc xanım, Nigar xanım uşaqlara edilən yardımları toplayıb uşaqlara verərək onları sevindirib. Prezident təqaüdçüsü, AYB-nin üzvü şair-publisist Günay Nəriman, Dövlət və qanun qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı gənclərə xeyirxah iş görməkdə yardım göstərib və onlara dəstək olub. Sonda uşaq evinin direktoru Yasəmən xanım hər kəsə təşəkkür edib.

Şərhlər