“Nanəni müğənni kimi görmürəm” - xalq artisti Aygün Kazımova - VİDEO

20.07.2018 15:44     Artreaksiya     1448

ATV-də yayımlanan “V element” verilişinin mövsüm finalının qonaqları xalq artisti Aygün Kazımova və Rauf Əhmədov olub.

BAKU.WS xəbər verir ki, verilişdə pop-diva aparıcı Nanə Ağamalıyevanın müğənnilik fəaliyyətindən də bəhs edib:

“Cəsarətli addım idi. Nanənin özünü çox sevirəm, mənim sevimli dolçamdır (hər iki məşhur dolça bürcündəndirlər – red.) Amma mən Nanəni müğənni kimi heç cürə görə bilmirəm. Əgər bir fitri istedad olsaydı, nəyinki mən, hamı ayaq üstə alqışlayardı. Bəlkə, Nanənin bir həvəsi idi, uşaqlıqdan bir arzusu idi. Məsələn, mən Nanəni səhnədə müğənni kimi canlı ifa etsin, konsert versin, elə təsəvvür etmirəm. Amma Nanə, sən çıx və deki, mən bunu da bacarıram”.

Qeyd edək ki, bir müddət əvvəl Nanə Ağamalıyeva “Hasretin değil ki…” adlı mahnı ifa etmişdi və ona klip çəkmişdi.

Reaksiya.az

Şərhlər