Əməkdar artist müğənniliyə başladı: "Toylara gedib pul qazanacam"

13.02.2019 14:09     Artreaksiya     1239

ARB TV-nin "Səhər-Səhər” verilişinin növbəti qonağı əməkdar artist Nahidə Orucova olub.
 
Qaynarinfo xəbər verir ki, əməkdar artist müğənnilik sevdasına düşüb:
 
"Yaşın nə fərqi var ki... Biraz gec qaldım. Amma biz tamaşalarda oxuyuruq. İndi oxuyacam, toylara gedib pul qazanacam. Dedim bəsdi də pul qazanmıram. İnsanın ikinci biznesi olamalıdır. Mən də bu yolu fikirləşdim. Mahnını müğənni kimi yox, çalışmışam ki, obrazla oxuyum. Nurlan Əzizbəyli həm musiqisini həm də sözlərini mənim üçün yazıb”. 
 
Əməkdar artist bu açıqlamasından sonra ifasını səsləndirib.
 

Şərhlər