Yaddaqalan obrazlar qalereyası yaradan aktyor - Səyavuş Aslan - VİDEO

05.09.2015 12:55     Artreaksiya     5887

Bu gün Azərbaycanın tanınmış aktyoru Səyavuş Aslanın doğum günüdür. Onun  80 yaşı tamam olur.

Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən hesab olunan Səyavuş Aslan aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının  aparıcı aktyoru kimi fəaliyyət göstərən S.Aslan bir  müddət həmin teatrın bədii rəhbəri vəzifəsində çalışıb.  

Televiziya tamaşalarında yüzdən çox obraz ifa edən aktyor  “Hamlet”, “Böyük Romul”, “Ax, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Hicran”, “Poçt şöbəsində xəyal”, “Varlı qadın”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Bizim qəribə taleyimiz” tamaşalarında, “Ulduz”, “Bəyin oğurlanması”, “Yol əhvalatı”, “Yuxu” filmlərində, “Yaşıl eynəkli adam”, “Qaynana əməliyyatı”, “Adı sənin, dadı mənim”  və s. teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlar qalereyası ilə böyük tamaşaçı sevgisi qazanıb.

Aktyorun çəkildiyi son film “Adam ol” olub.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, bundan 8 il sonra isə xalq artisti fəxri adı ilə təltif olunub.  2013-cü ilin 25 iyun tarixində isə “Şərəf ordeni ilə təltif olunub.

Ağır xəstəlikdən əziyyət çəkən Səyavuş Aslan 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.

Şərhlər