Trampın bəyannaməsini 128 dövlət imzaladı

18.09.2017 21:28     Dünyadan reaksiya     1495

Birləşmiş Millətlər Təşkilatında (BMT) islahatlar haqqında ABŞ prezidenti Donald Trampın bəyannaməsi 128 dövlət tərəfindən imzalanıb.

Reaksiya.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

“Bizim aldığımız reaksiya, sadəcə fantastik idi”, - amerikalı diplomat deyib.

Öz növbəsində, təşəbbüsün müəllifi olan Donald Tramp qeyd edib ki, BMT bürokratiya və yanlış idarəetməyə qarşı mübarizə üzrə tam potensiala çata bilməyib.

“Biz səylərimizə uyğun nəticələr görmürük. BMT işləməyən keçmiş metodların girovu olmamalıdır”, - ABŞ lideri vurğulayıb.

Bəyannamə on bənddən ibarətdir. Tramp müxtəlif sferalarda işin koordinasiyasını yaxşılaşdırmaq üçün BMT-nin strukturunda dəyişikliklərin edilməsini təklif edib. Birləşmiş Ştatların fikrincə, bunu təşkilatın heyətinin ixtisarı hesabına həyata keçirmək mümkündür.

Reaksiya.az

Şərhlər