Ermənilər işğal edilmiş ərazilərdə növbəti təlim keçirdi

23.11.2017 21:00     Dünyadan reaksiya     1573

Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan ərazilərində təlimləri davam etdirir.

Noyabrın 20-dən 23-dək Dağlıq Qarabağda taborların taktiki təlimləri keçirilib. Təlimlərə ümumqoşun və tank hissələri cəlb olunub.

Separatçı rejimin "müdafiə naziri" Levon Mnatsakanyan təlimlərin gedişini izləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl də işğal altında olan ərazilərdə artilleriya və ağır texnikanın iştirakı ilə irimiqyaslı təlimlər keçirilib.(apa)

Reaksiya.az

Şərhlər