Hakerlər Ukrayna şirkətindən 1,5 milyon avro oğurlayıblar

13.03.2018 13:21     Dünyadan reaksiya     1338

Ukraynalı iki haker ölkənin loqistika şirkəti olan DNL-nin hesabından 1,5 milyon avro oğurlayıb.

Azərtc yerli Kiberpolis Departamentinə istinadla xəbər verir ki, beynəlxalq kiberpolisin əməkdaşları Almaniyanın hüquq-mühafizə orqanları ilə birlikdə cinayət iştirakçılarının Ukraynanın Çernikov şəhərinin sakinləri olduğunu müəyyənləşdirib. Onlardan biri 28 yaşlı qadın, digəri 22 yaşlı kişidir. Hakerlər 2013-2016-cı illərdə şirkətin maliyyə bazasında müxtəlif qanunsuz əməliyyatlar ediblər. Oğurlanan pullar Kipr və İspaniya banklarına köçürülüb.

Polis hər iki hakeri beynəlxalq axtarışa verib.

Reaksiya.az

Şərhlər