Səudiyyə şahzadəsi aeroportda intihar etdi

14.03.2018 12:20     Dünyadan reaksiya     1530

Səudiyyə Ərəbistanı şahzadəsi Bəndər bin Xalid Əbdül Əziz əl-Səud London hava limanında intihar edib.

Şahzadə onu zorla deportasiya etmək istəyən hava limanının mühafizəçilərinin əlindən qaçmaq üçün özünü balkondan atıb.

Şahzadənin intihar anı Yutub sosial şəbəkəsində yerləşdirilib.

Səudiyyə Ərəbistanı şahzadənin ölüm xəbərini təsdiq edib. Şahzadənin cənazə namazı Məkkədəki Böyük Məsciddə qılınacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Böyük Britaniyada 90 milyard dollarlıq müqavilələr imzalayıb.(axar)

Reaksiya.az

Şərhlər