Ərəblər Hollivud ulduzlarının işlədiyi agentliyi satın alır

17.03.2018 11:05     Dünyadan reaksiya     1409

Səudiyyə Ərəbistanının Suveren Fondu məşhur şou biznes nümayəndələri ilə işləyən dünyanın ən böyük agentliyi “Endeavor”un səhmlərini almağa hazırlaşır. 

Ərəblər “Endeavor”un səhmlərinin 10 faizinə 400 milyon dollar vəsait ödəməyəcəklər.

Alqı-satqı müqaviləsi şəhzadə Məhəmməd bin Salman Əl Saidin ABŞ-a səfəri zamanı imzalanacaq. 

Qeyd edək ki, şirkətin səhmlərini almaqla Səudiyyə Əərbistanı ABŞ-ın əyləncə sənayesinə daxil olacaq.  Çünki “Endeavour” faktiki olaraq ABŞ kinosunun, musiqisinin, idmanının və mediasının ən uğurlu nümayəndələrini təmsil edir. 

“The Wall Street Journal” yazır ki, şəhzadənin səfəri martın 19-da başlayır və iki həftə davam edəcək. 

Reaksiya.az

Şərhlər