Zərrab işində yeni iddia: Təcavüz...

17.03.2018 11:36     Dünyadan reaksiya     1583

ABŞ-da həbsdə olan əslən azərbaycanlı milyarder Rza Zərrabın vəkilləri müttəhimin onunla eyni həbsxanada saxlanılan Faozi Jaber adlı şəxsə təcavüz etməsinə cavab verib.

Zərrabın vəkilinin məhkəməyə təqdim etdiyi ərizədə Jaberin iddialarının həqiqəti əks etdirmədiyi bildirilib.

“Cənab Jaberin özünün dediyi kimi cinsi istismar və hücum iddiaları da tamamilə həqiqətdən kənar və yanlışdır”, - vəkil bildirib.

Zərrabın vəkili həmçinin onlarla məhkumun və həbsxana əməkdaşlarının olduğu bir yerdə bu tip bir cinayətin baş verməsi iddiasının inanılmaz olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-da İrana qarşı embarqonu yarmaqda ittiham olunaraq həbs edilən Rza Zərrab sonradan məhkəmə ilə əməkdaşlığı qəbul etmişdi.(axar)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar