ABŞ-dan yeni Menbiç açıqlaması

23.03.2018 17:41     Dünyadan reaksiya     1205

ABŞ-ın Xarici İşlər Nazirliyi, "Menbiçdən çəkilmək kimi bir niyyətimiz yoxdur" ifadəsini işlədib

ABŞ-ın Menbiçdə hərbi qüvvəsinin olmasına dair Pentaqon dəqiq bir açıqlama verməkdən çəkinərkən, ABŞ-ın Xarici İşlər Nazirliyi, "Menbiçdən çəkilmək kimi bir niyyətimiz yoxdur" ifadəsini işlədib. 

 ABŞ-ın Mərkəzi Qüvvətlər Komandanlığı (CENTCOM) və Xarici İşlər Nazirliyi günlük mətbuat konfransında Menbiçdəki ABŞ əsgərlərinə dair bəyanatlar verib. 

Pentaqondakı CENTCOM sözçüsü Adrian Renkin Qalovey (Adrian Rankine Gallowey), "Menbiçdən çəkilmək kimi bir niyyətiniz varmı?" sualına belə cavab verib: "Koalisyon qüvvələri hazırda Menbiç bölgəsində yerləşir. İŞİD-in nəzarətindən azad edilmiş digər bölgələrdə olduğu kimi, koalisiya qüvvələri Menbiç bölgəsində yerli sivil məclisin sabitliyi təmin etməsi üçün dəstəkləyir. Əməliyyat təhlükəsizliyi səbəbilə daha çox açıqlama verə bilmərik".

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hezə Nouret (Heather Nauert) də XİN-in brifinqində bənzər bir sual verilib. Sözçü, "Türkiyə ilə danışıqlarımız davam edir. Hələ ki, bir nəticə əldə edilməyib" ifadəsini işlədib. Danışıqların davam edəcəyinə ümid etdiklərini bildirən sözçü, "ABŞ-ın Menbiçdəki varlığına" dair, "Bizim çəkilmək kimi bir niyyətimiz yoxdur, amma bundan sonrası ilə bağlı ABŞ Müdafiə Nazirliyinə sual verməlisiniz" deyib.



Reaksiya.az

Şərhlər