Pekinə hərtərəfli hücum

26.03.2018 16:05     Dünyadan reaksiya     1546

Konqresmenlər Çinin Afrikadakı hərbi və iqtisadi potensialını artırmasını araşdırmaq niyyətindədir.

Bunu ABŞ Konqresinin Nümayədələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri Devin Nunyes söyləyib.

"Biz Çinə qarşı araşdırma aparmaq istədiyimiz istiqamətləri öyrənməyə davam edirik. İlk növbədə Çinin bütün dünyada hərbi mövcudluq potensialını nəzərdən keçiririk. Digər tərəfdən çinlilər bir müddət əvvəl Cibutidə hərbi baza açıblar. Düşünürük ki, onlar bütün dünyada limanlar və infrastrukturlara təkcə hərbi potensial üçün yox, həm də mövcud olduqları bölgələrin hakimiyyətlərini nəzarətdə saxlamaq üçün yatırım edirlər. Bununla lobbiçilik edib, hakimiyyəti manipulyasiya edə bilirlər" - deyə o bildirib.

Reaksiya.az

Şərhlər