Ərdoğan siqnal verdi, PKK qaçdı: Sincar bölgəsində gözlənilməz olay

26.03.2018 16:12     Dünyadan reaksiya     1268

PKK terrorçuları illərdir nəzarətdə saxladıqları Sincardan çıxaraq, bölgəni İraq ordusuna təhvil veriblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrin əməliyyatından sonra hədəf kimi seçdiyi İraqın Sincar bölgəsində maraqlı proses yaşanıb.

Məlumata görə, PKK terrorçuları illərdir nəzarətdə saxladıqları Sincardan çıxaraq, bölgəni İraq ordusuna təhvil veriblər. Mövzu ilə bağlı rəsmi Bağdad hər hansı açıqlama verməsə də, yerli və xarici KİV-lərin çəkdiyi görüntülər, iddianın gerçək ola biləcəyinə dəlalət edir.

 Türkiyənin dövlət başçısı Ərdoğan, dünən partiyasının qurultayındakı çıxışı zamanı, Afrindən sonra növbədə Suriyanın Tel Rıfat və İraqın Sincar əraziləri olduğunu söyləmişdi. Hər iki bölgə də PKK terror təşkilatının nəzarəti altındadır.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar