Rusiya ilə bağlı PARÇALANMA PLANI: - Kimlər ayrılacaq?

26.03.2018 16:32     Dünyadan reaksiya     1354

Keçmiş rusiyalı casus Sergey Skripal və qızı Yuliyanın İngiltərədə zəhərlənməsindən sonra Qərb dövlətləri Rusiyaya qarşı sərt cavab tədbirləri görməyə başlayıb. Artıq Rusiyanın Avropa və ABŞ-dakı diplomatlarının bu ölkələrdən çıxarılması ilə yanaşı, “Qərb bloku” öz hərbi-siyasi ritorikasını sərtləşdirən Putin Administrasiyasına qarşı alternativ mexanizmləri də işə salmağa başlayıb. Nəzərdən keçirilən variantlar arasında Rusiyanın parçalanması da var.

ABŞ və İngiltərə kəşfiyyat strukturları artıq Rusiyanın parçalanması proyektini masaya qoyublar. 

“Dağıstan – Çeçenistan Respublikası, yaxud “Şimali Qafqaz Respublikası”, “Başqırdıstan Respublikası”, “Tatarıstan Respublikası”, “Çuvaşıstan Respublikası” xəyali Rusiya peyzajında peyda olub. Mənbələr iddia edirlər ki, “Qərb bloku” gizli yollarla Rusiyanı çökdürmək məqsədilə müdaxilə etmək üçün “mürəkkəb keçmişi olan” bu xəyali dövlətləri seçib. Moskva ətrafında saxlanılacaq “Kiçik Rusiya” dövləti istisna olmaqla, bu 4 xəyali dövlət “Təlim mühiti üçün qətiyyətli hərəkətlər” (“Decisive Action Training Environment” və ya DATE) qrupunda birləşdirilib. Qeyd edilir ki, Qərb Rusiyanı daxilindən çökdürmək üçün həmin şərti dövlətlərdə müharibəyə başlamaq ssenarilərini nəzərdən keçirir. 

Reaksiya.az

Şərhlər