Yaponiyada nüvə silahsız dünya yaradılması yollarına həsr olunan danışıqlar aparılır

26.03.2018 17:24     Dünyadan reaksiya     1308

Martın 26-da Yaponiya Xarici İşlər Nazirliyində nüvə silahı olmayan dünyanın yaradılması yollarına həsr edilən ikigünlük danışıqlar başlanıb.

Danışıqlarda nüvə silahına malik olan və bu silahın olmadığı 15 ölkənin ekspertləri iştirak edirlər.

Bu, nüvə silahsızlaşdırılması sahəsində irəliləyiş əldə olunması məqsədilə Yaponiya hökumətinin təşkil etdiyi danışıqların ikinci raundudur.

Ekspertlərin təkliflərini martın 27-də təqdim edəcəkləri bildirilir. Həmin təkliflər Nüvə Silahının Yayılmaması üzrə Müqavilənin iştirakçılarının aprelin sonlarında Cenevrədə keçiriləcək hazırlıq görüşündə müzakirə ediləcək.(Azərtac)

Reaksiya.az

Şərhlər