Türkiyədən sensasiya: - S-400 anlaşması ləğv edilə bilər

27.03.2018 12:26     Dünyadan reaksiya     1378

Türkiyə ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemlərini alacağı halda Rusiya ilə S-400 anlaşması imzalamasına baxmayaraq, məsələyə yenidən baxılacaq.

Bu sözləri TBMM Xarici İşlər komitəsinin sədri Volkan Bozqır deyib.

“ABŞ Konqresində “Rusiyadan S-400 alsanız, biz də sizə F-35 satmarıq” tipli bir fikir hakimdir. Təhdid deyil, ancaq əba altından dəyənək göstərmək psixologiyası ilə bunu edirlər. Bu həftə “Patriot”la bağlı təklif üçün ABŞ-dan ölkəmizə heyət gələcək. Bu təklif gəldiyi zaman əlbəttə ki, dəyərləndiriləcək. Biz texnologiya transferi və təklifin Konqresdən keçməsi üçün zəmanətdə israrlı olduğumuz üçün bu ana qədər “Patriot” anlaşması imzalaya bilmədik”, - Bozqır deyib.(axar)

Reaksiya.az

Şərhlər