Sincar əməliyyatına başlandı

27.03.2018 14:42     Dünyadan reaksiya     874

PKK və onun İraq qanadı olan YBŞ-li terrorçuların nəzarətində olduğu İraqın Sincar (Şengal) bölgəsində əməliyyat başlanıb.

 Bu dəfə əməliyyat Türkiyə ordusu tərəfindən deyil, İraq ordusu və güc orqanları tərəfindən başladılıb.

Qeyd olunur ki, artıq İraq əsgərləri Şengal Dirəniş Birliklərinin (YBŞ) yeddi üzvünü həbs ediblər.
Eyni zamanda, bölgədən PKK və YBŞ-yə məxsus olan simvollar (bayraqlar) yığışdırılıb.

Onu da qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışlarından birində Sincarla bağlı əməliyyatın başlanacağını bildirmiş və bundan sonra İraq hökuməti Türkiyəni qabaqlamaq məqsədilə oranın PKK və YBŞ-dən geri alınacağını bəyan etmişdi.(oxu)

Reaksiya.az

Şərhlər