Monteneqro da rusiyalı diplomatı ölkədən çıxarır

28.03.2018 14:23     Dünyadan reaksiya     899

Monteneqro da bu gün bir rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar verib.

Ölkə rəhbərliyi bu qərarın Skripalın işi ilə əlaqədar olduğunu bəyan edib.

 

Qeyd edək ki, martın əvvəllərində Böyük Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 23 ölkə Rusiyanın 137 diplomatını ölkədən çıxarıb.

Bu gün daha bir ölkə rusiyalı diplomatlarla bağlı qərar qəbul edib. Belə ki, Ukraynada persona non-qrata elan edilmiş 13 rusiyalı diplomat bu gün ölkəni tərk edəcək. (Trend)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar