Ermənistan minaya düşən hərbçilərindən imtina edir - DETALLAR

29.03.2018 12:15     Dünyadan reaksiya     1185

İşğal altında olan Qarabağda ölən erməni hərbçiləri barədə növbəti dəfə yalan məlumatlar yayılıb.

Yayılan məlumatda düşmən minatəmizləmə əməliyyatının həyata keçirilməsi çərçivəsində həlak olan hərbçiləri "Halo Trast" təşkilatının üzvləri kimi təqdim edib. 

Bölgədə qanunsuz fəaliyyət aparan təşkilatın nümayəndəsi ətraflı məlumat verə bilməyəcəyini deyib. 

Xatırladaq ki, shamshyan.com saytının yaydığı məlumatına görə, mina partlayışına düşən "Niva" markalı avtomobil Ağdərə rayonu ərazisində neytral zonada, yəni ön cəbhədə olub. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. 

Qeyd edək ki, Qarabağda qanunsuz minatəmizləmə əməliyyatları aparan "Halo Trast" təşkilatı bu əməliyyatları neytral zonalarda deyil, Xankəndi, Laçın kimi arxa cəbhə zonalarında aparır. (ordu.az)

Reaksiya.az

Şərhlər