Azərbaycanın işğal olunmuş ərazilərində britaniyalılar minaya düşdü

29.03.2018 12:27     Dünyadan reaksiya     1069

Azərbaycanın işğal olunmuş ərazilərində Böyük Britaniyanın "Halo Trast" təşkilatının əməkdaşları minaya düşüb.

Reaksiya.az ordu.az-a istinadən bildirir ki,  bir necə saat öncə işğal altında olan Qarabağda mina partlayışı baş verib. Məlumata görə, Ağdərə şəhərinin yaxınlığında yerləşən neytral zonada "Niva" markalı avtomobil minaya düşüb. Hadisə minalardan təmizləmə zamanı baş verib.

Hadisə nəticəsində 3 əməkdaş həlak olub, daha iki nəfər yaralanıb.

Qeyd olunur ki, hadisə Azərbaycanın işğal olunmuş Ağdərə rayonunda baş verib.Ermənistanın Qarabağda yerləşən ordu komandanlığının "mətbuat xidməti" açıqlama verərək hadisənin ordu ilə əlqəsi olmadığını bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar