Ərdoğanın GÖZƏL OYUNU və Cənubi Qafqaz gedişi - Bağlı qapılar arxasında NƏ BAŞ VERİR?

04.04.2018 13:16     Dünyadan reaksiya     1665

Qərblə “Skripal işi” üzrə münasibətlərin pozulduğu bir vaxtda Rusiya prezidenti Vladimir Putin Ankaraya səfər etdi. Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Putin qeyd etdi ki, S-400 zenit-raket komplekslərinin Türkiyənin çatdırılmasının sürətləndirilməsini haqqında razılaşıblar. Rusiya lideri “Skripal işi”nin “ötəri” müzakirə olunduğunu vurğuladı.

Liderlər həmçinin, “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisinin işə salınması mərasimində videokonfrans yolu ilə iştirak etdilər.Rusiya prezidenti qeyd etdi ki, 2023-cü ildə istifadəyə veriləcək stansiya həm Rusiya, həm də Türkiyədə yeni iş yerlərini yaratmağa imkan verəcək.

Bir gün əvvəl isə Türkiyənin Atom Energetikası üzrə Agentliyi stansiyanın birinci blokunun tikintisinə lisenziyanı verdi. Layihənin reallaşdırılması çərçivəsində dörd enerji blokunun tikintisi planlaşdırılıb və hər birinin gücü 1200 mvt təşkil edəcək. Onlar “3+” nəsilindən olan VVER-1200 tipli Rusiya reaktorları ilə təchiz ediləcək.

“Faktiki olaraq, bu gün biz yalnız Türkiyənin ilk Atom Elektrik Stansiyasının tikintisinə başlamırıq, həm də bütovlükdə atom sənayesində Türkiyə üçün əsaslar yaradırıq və yeni sahənin yaradılmasına başlayırıq”, - Putin vurğulayıb.

O həmçinin əmin edib ki, stansiyasının tikintisi üçün ən müasir Rusiya texnologiyaları cəlb ediləcək, obyektin özü ətraf mühitə heç bir təhlükə yaratmayacaq və təhlükəsizliyin bütün normalarına uyğundur.

Qeyd edək ki, Avropa Parlamenti Atom Elektrik Stansiyasının tikintisi fikrindən Türkiyəni daşınmağa çağırırdı. Qurum Ankaranı qonşu dövlətlərlə konsultasiyaların keçirilməsini tələb edən ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyaya qoşulmağa çağırırdı. Bu isə Türkiyənin xüsusi halda, Yunanıstan və Kiprdən razılıq almasını tələb edirdi.

Rusiya və Türkiyə liderləri dünən həmçinin ikitərəfli və beynəlxalq münasibətlər perspektivlərini müzakirə etdilər. Danışıqların nəticəsinə görə Putin bildirib ki, onlar Ərdoğanla S-400 komplekslərinin Türkiyəyə çatdırılması müddətinin sürətləndirilməsini razılaşıblar.

Məcburi dostluq, yoxsa…

Putin prezident seçilməsindən sonra ilk xarici səfərini Türkiyəyə etdi. Qeyd edək ki, Türkiyə “Skripal işi” ilə əlaqədar Rusiyaya qarşı tədbir görməkdən tamamilə imtina etmiş NATO-nun tək üzvüdür.

“Keçmiş agentlə əlaqədar böhran Rusiya və Böyük Britaniyanın münasibətlərinə aiddir. Onlar bu məsələni öz aralarında həll etməlidir. Türkiyə Rusiya ilə bağlı heç bir qərar qəbul etməyə hazırlaşmır. Bizim Rusiya ilə yaxşı münasibətlərimiz var”, - martın 26-da Türkiyənin baş nazirin müavini Bəkir Bozdağ bildirib.

Rusiyanın “Gazeta.ru” saytına danışan ekspertlər isə Vladimir Putinin Ankara ilə münasibətləri daha çox fəal inkişaf etdirmək arzusu haqqında nikbin deyillər. Müasir Türkiyənin öyrənilməsi Mərkəzinin siyasi istiqamət üzrə rəhbəri Yuri Mavaşev qeyd edir ki, türk tərəfiylə əlaqələrin intensivləşdirməsi Rusiya üçün çətin beynəlxalq vəziyyətlə bağlıdır.

“Əgər Qərb ölkələriylə münasibətlərin pisləşməsi nöqteyi-nəzərindən əlaqələrin intensivləşməsinə baxsaq, Türkiyə bizim bəzi partnyorlarımızdan biri olaraq qalır. Xüsusilə, Suriyada Su-24 təyyarəsinin vurulmasına qədər bizi strateji partnyor adlandırırdılar”, - türkoloq deyib.

Oxşar fikirləri Rusiya Elmlər Akademiyasının Şərqşünaslığı İnstitutunun Yaxın və Orta Şərqin öyrənilməsi Mərkəzinin elmi işçisi İlşat Sayetov ifadə edib.

“Qərblə qarşıdurma fonunda Rusiyada çox variant qalmır. Türkiyə də tarixən Rusiyanın rəqibi olub”, - ekspert bildirib.

Yuri Mavaşev, öz növbəsində, xəbərdarlıq edir ki, indi Türkiyə öz əməkdaşlığını Rusiyaya çox baha “satacaq” və Moskvanı böyük güzəştlərə getməyə məcbur edəcək. Onun sözlərinə görə, bu həmçinin Rusiyanın heç Türkiyə ilə razılaşmadığı sferalara, məsələn Cənubi Qafqaza aiddir.

“Bu çox gözəl və savadlı oyundur. Onlar zahirən onlar göstərəcəklər ki, hər şey yaxşıdır, amma bağlı qapılar üçün arxasında öz şərtlərini diktə edəcəklər. Hər kəs maksimal xeyirə nail olmağa çalışır”, - Mavaşev söyləyib.

Suriya üzrə üçtərəfli görüş

Bu gün Rusiya, İran və Türkiyə prezidentləri Suriya üzrə üçtərəfli danışıqlarda iştirak edəcək. Danışıqların nəticəsinə görə, ölkə liderləri birgə bəyanat hazırlayacaqlar.

“Gözləyirik ki, liderlər həm görüşün gedişatında, həm də birgə bəyanatda Suriyanın müstəqilliyi və ərazi bütövlüyünə dəstəyinə vurğulayacaqlar. Bu, məsələ son dərəcə əhəmiyyətlidir”, - Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirb.

Uşakovun sözlərinə görə, Ankarada danışıqlarda Putin, Ərdoğan və Ruhani 2017-ci ilin noyabrında Soçidə keçirilən əvvəlki üçtərəfli sammitdə əldə olunan razılaşmaların reallaşdırılmasını müzakirə edəcəklər.

Suriya üzrə Rusiya-Türkiyə dialoqundan danışan İlşat Sayetov hesab edir ki, bir sıra əhəmiyyətli məsələlər üzrə qərarlar “bağlı qapılar arxasında” qəbul ediləcək.

“Hər tərəfin Suriya münaqişəsində öz maraqları var və onlar həmişə uyğun gəlmirlər. “Zeytun budağı” əməliyyatı Moskvanın çox da xoşuna gəlmir, amma Rusiya tərəfi güzəşt edir. Çünki, hansısa razılaşmalar var. Bu görüşdə, ehtimal ki, bağlı qapılar arxasında Suriyanın təsirin zonalarına bölüşdürülməsi, kürdlərin statusu və sair məsələləri müzakirə edəcəklər”, - Sayetov qeyd edib.

Ankarada üçtərəfli görüş çərçivəsində, gözlənildiyi kimi, Suriyada atəşin dayandırılması rejiminin saxlanılması üçün əlavə tədbirlərin görülməsi məsələsinə toxunacaqlar.

Bundan başqa, Putin, Ərdoğan və Ruhani Suriyada konstitusiya islahatını müzakirə edəcəklər. Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, ölkələr Suriyada Konstitusiya komitəsinin formalaşmasına sonrakı köməyi göstərməyə hazırdır.

Reaksiya.az

Şərhlər