Çin dünyanı ABŞ-la mübarizəyə səslədi

04.04.2018 14:41     Dünyadan reaksiya     1098

Çin Ümumdünya Ticarət Təşkilatının bütün üzvlərini ABŞ-ın proteksionizm siyasətinə qarşı mübarizəyə səsləyib.

Bu çağırışı Çinin ÜTT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Çjan Syançen edib. Onun sözlərinə görə, ABŞ-ın mövqeyi çoxtərəfli ticarət sisteminə təhdid yaradır.

Qeyd edək ki, ABŞ Çin iqtisadi aqressiyası ilə mübarizə haqqında memorandum qəbul edib. Bu memoranduma əsasən, Vaşinqton Çində istehsal edilən məhsullara məhdudiyyət qoymağı planlaşdırır.

Bu qərarın Çinə 60 milyard dollara başa gələcəyi bildirilir.(axar)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar