Yunanıstan Türkiyə ilə sərhədə 7 min hərbçi göndərir

05.04.2018 14:34     Dünyadan reaksiya     1086

Yunanıstanın milli müdafiə naziri Panos Kammenos Türkiyə ilə sərhəddə hərbi güclərin artırılacağını bəyan edib.

Trend-in məlumatına görə, nazir bildirib ki, bu məqsədlə Egey dənizindəki adaya əlavə hərbi qüvvə göndəriləcək.

O bəyan edib ki, Evrosa rayonuna 7 min hərbçinin göndərilməsi barədə qərar qəbul edilib.

 

Nazirin sözlərinə görə, bu addım Türkiyə ilə münasibətlərin gərginləşməsi ilə əlaqədar atılır.

Onun sözlərinə görə, ilk öncə sərhədə 3.5 min hərbçi göndəriləcək.

Reaksiya.az

Şərhlər