Ermənistan MN qəza törədən hərbçilərini gizlədir

11.04.2018 13:43     Dünyadan reaksiya     1007

İşğal altında olan Qarabağda avtoqəza baş verib. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aprelin 9-da saat 23:30 radələrində Kəlbəcər şəhərinin sakini 1983-cü il təvəllüdlü, Q.H idarə etdiyi "MITSUBISHI IO" markalı avtomobillə Verinşen-Kəlbəcər yolunun 6-cı kilometrliyində yolun hərəkət hissəsindən çıxaraq, dərəyə yuvarlanıb. 


Qəza nəticəsində sürücü Q.H və sərnişin 1988-ci il təvəllüdülü H.N bədən xəsarətləri ilə Vardenis şəhər hərbi hospitalına təxliyyə ediliblər.

Qeyd edək ki, hadisə iki gün öncə baş versə də məlumat gizlədilib və şəxslərin kimliyi açıqlanmayıb. Qəzaya düşən şəxslərin hərbi hospitala aparılmasını nəzərə alarsaq, onların adi sakinlər olmadıqlarını görərik.

Şərhlər

Çox oxunanlar