Pakistan məhkəməsi keçmiş baş nazirə siyasətlə məşğul olmağı ömürlük qadağan edib

13.04.2018 11:53     Dünyadan reaksiya     1041

 Pakistan Ali Məhkəməsi ölkənin keçmiş baş naziri Nəvaz Şərifə ömürünün sonunadək siyasətlə məşğul olmağı qadağan edib.

Məhkəmə qərarını aprelin 13-də açıqlayıb.

N.Şərifin cinayət işinə 5 hakimdən ibarət hakimlər kollegiyası baxıb. Onlar yekdilliklə sabiq baş nazirin siyasətdən uzaqlaşdırılmasına qərar verib. 

Bir müddət əvvəl Pakistanın Ali məhkəməsi N.Şərifin Pakistan Müsəlman Liqası Partiyasının liderliyindən uzaqlaşdırılmasına dair hökm çıxarmışdı.

Qeyd edək ki, 2017-ci oktyabrın 19-da Pakistan məhkəməsi keçmiş baş nazir N.Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Safdara qarşı korrupsiya ittihamı irəli sürmüşdü. Bu ittihamlar üzrə məhkəmə prosesi davam edir.

Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013--2017-ci illərdə) Pakistanın baş naziri olub. 2017-ci il iyulun 28-də Pakistanın Ali Məhkəməsi onun barəsində vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra N.Şərif istefa vermişdi.

Reaksiya.az

Şərhlər