Əsəd döyüşə hazırlaşır, Hizbullah geri çəkildi...

13.04.2018 12:03     Dünyadan reaksiya     1221

Suriya ordusu ölkəyə mümkün hücum ehtimalına qarşı hazırlıq işləri aparır.

Bu barədə “Qardian” Suriyanın Dəməşq şəhərinin sakinlərinin fikirlərini dərc edib.

Yerli sakinlərin məlumatına görə, cümə axşamı səhər erkən saatlarda hərbi maşın karvanları Dəməşqin qərbinə - Livan sərhədləri istiqamətinə hərəkət edib. Ağır silahlı əsgərlər yüzlərlə nəzarət məntəqəsində yoxlamalar aparıb.

Nəşrin digər mənbələrə istinadla verdiyi məlumatda isə rejimin müttəfiqi olan Hizbullahın qüvvələrini zərbələrin hədəfinə çevrilməməsi üçün paytaxtın qərbindəki mövqelərdən çəkərək, bir qədər uzaqda yerləşdirdiyi bildirilib.(axar)

Reaksiya.az

Şərhlər