Türkiyədən Putinə əməliyyat öncəsi MESAJ

16.04.2018 13:00     Dünyadan reaksiya     1339

ABŞ, Fransa və İngiltərənin Əsəd rejiminə qarşı planlaşdırdıqları əməliyyatlar ərəfəsində rəsmi Ankara intensiv olaraq ard-arda diplomatik görüş rolunu oynadı. Rəsmi Ankaranın görüş yeri olması ilə əlaqəli xüsusilə ABŞ və Rusiya arasında "vasitəçimi" sualı gündəmə gəlib.

 Ankara tərəfi "vasitəçi" olması ilə bağlı yayılan iddialara nə "hə", nə də "yox" cavabı verib. Keçiriləcək əməliyyatlardan sonra rəsmi Ankara öz mövqeyini açıqlayacaq. Ankara səbrli davrandı və qərb ölkələrinin, yəni ABŞ, Fransa və İngiltərənin diplomatik mesajlarını Rusiya prezidenti Vladimir Putinə çatdırdı. Sadəcə prezidentlərin deyil, digər rəsmilərin də iştirak etdiyi görüşdə Qərbin Rusiyaya göndərdiyi ilk mesaj belə oldu: "Prosesdə hədəf Rusiya deyil, kimyəvi silah istifadə edən Dəməşq rejimidir. Rusiya ilə qızğın qarşıdurma istəmirik".

Ankara bu mesajı Putinə əməliyyat öncəsi çatdırsa da, özünü "vasitəçi" kimi təqdim etməyib. Rəsmi Ankara Qərblə Rusiya arasında tədbirli davranmağı seçib.(publika)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar