Peskov: Rusiya prezidenti Ermənistanda baş verənləri diqqətdə saxlayır

18.04.2018 14:55     Dünyadan reaksiya     1223

Kreml Ermənistanda baş verən hadisələri izləyir və diqqət mərkəzində saxlayır.

Bunu jurnalistlərə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov deyib:

"Ötən gün Vladimir Putin Serj Sarkisyanı baş nazir seçilməsi münasibəti ilə təbrik edib. Sözsüz ki, ölkədə baş verənlər Rusiya prezidentinin diqqətinə çatdırılıb. Biz Ermənistanda baş verənləri müşahidə edirik və əminik ki, hər şey qanun çərçivəsində davam edəcək".

Xatırladaq ki, sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyasına rəhbərlik edən müxalif deputat Nikol Paşinyan ötən gün Ermənistanda "məxməri inqilab"ın başladığını bəyan edib.

Reaksiya.az

Şərhlər