Nazarbayevdən xüsusi gediş - Bakı və Astanadan keçməklə…

21.04.2018 12:40     Dünyadan reaksiya     1393

Qazaxıstan Senatı ABŞ hərbçilərinin Xəzər dənizindəki Kurık və Aktau limanlarından Əfqanıstana tranzit kimi istifadə etməsi haqqında razılaşmanı təsdiqləyib.

Bu barədə informasiyanı Qazaxıstan Senatının Beynəlxalq Əlaqələr Komitəsi yayıb.

“Pakistanla hərbi-siyasi qeyri-stabillik və fikir ayrılığı ucbatından ABŞ alternativ marşrut xətti hazırlayır. Bu marşrut xətti Azərbaycan ərazisindən Qazaxıstana və daha sonra dəmiryol xətti ilə Özbəkistana və Əfqanıstana qədər uzanır”, – deyə komitənin məlumatında bildirilib.

Qeyd edək ki, tərəflər arasında razılaşma 2017-ci ilin 21 sentyabrında Nyu Yorkda imzalanıb. Bu istiqamətdə danışıqlar isə 2013-cü ildən aparılırdı.

Reaksiya.az

Şərhlər