14 dinc sakin "yanlışlıqla" öldürüldü - Dəhşətli HAVA ƏMƏLİYYATI

21.04.2018 13:16     Dünyadan reaksiya     1116

Yəməndə Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən keçirilən hava əməliyyatında 14 dinc sakin həlak olub, 4 nəfər yaralanıb.

Hücumun yanlış nöqtəyə təşkil edildiyi bildirilib.

Hökumətə dəstək verən Xalq Dirəniş Qüvvələrinə bağlı media orqanından verilən açıqlamada koalisiya qüvvələrinin Taiz rayonunun Məvza kəndinə bağlı Urayyiş bölgəsində təşkil etdiyi “xətalı” hücumda dinc sakinləri daşıyan bir avtomobilin hədəf alındığı qeyd edilib.

Məsələ ilə bağlı koalisiya qüvvələri hələ ki, heç bir açıqlama verməyib.

Reaksiya.az

Şərhlər