SAAKAŞVİLİ: "KREML ERMƏNİSTAN-AZƏRBAYCAN KONFLİKTİNDƏ KİMİNSƏ TAM QƏLƏBƏ ƏLDƏ ETMƏSİNİ İSTƏMİR"

23.04.2018 13:14     Dünyadan reaksiya     1036

Saakaşvili: "Kreml Ermənistan-Azərbaycan konfliktində kiminsə tam qələbə əldə etməsini istəmir"

Ermənistanda insanlar nə istədiklərini aydın şəkildə anladırlar.
Bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.
"Onlar hakimiyyətlərinin onlara hörmət etməsini və özləri üçün vacib məsələlərin Moskvada həll edilməməsini istəyirlər. Kreml isə Ermənistan-Azərbaycan konfliktində kiminsə tam qələbə əldə etməsini istəmir. Moskva sadəcə olaraq konflikti uzadır və onu hər iki ölkənin siyasətinə nəzarət üçün istifadə edir. Təəssüf ki, Ermənistan özünün suverenliyinin böyük hissəsini itirib və indi onun məğrur xalqı buna reaksiya verir”, – deyə o bildirib.(axar)

Reaksiya.az

Şərhlər