Çin ABŞ-a cavab - plan hazırdır

26.04.2018 11:43     Dünyadan reaksiya     1461

Çin ticarət və investisiya sahəsində ABŞ-ın bəyanatlarını izləyir və artıq ABŞ-ın hər hansı bir müdafiə xarakterli və birtərəfli hərəkətləri üçün cavab planı hazırlayıb.

Çin Kommersiya Nazirliyinin mətbuat katibi Qao Feng cümə axşamı mətbuat konfransında Birləşmiş Ştatların Çin investisiyalarına qarşı yeni məhdudiyyətlər tətbiq edə bilmə ehtimalı ilə bağlı sualı cavablandırarkənbildirib ki,"Biz Amerika tərəfinin müvafiq bəyanatlarını qeyd etdik və Çin hər hansı protektiv və birtərəfli hərəkətlərə qarşı qətiyyətlə çıxış edir...Çin tərəfi ABŞ-ın bəyanatları və hərəkətlərini izləyəcək, biz artıq Vaşinqtonun hər hansı bir hərəkətinə cavab vermək üçün tədbirlər hazırlamışıq"

O, əlavə edib ki, "illər ərzində Çin müəssisələri ABŞ-da biznesə investisiya yatırıb ki, bu da iş yerlərinin yaradılmasına kömək edib və Birləşmiş Ştatların iqtisadi inkişafına böyük töhfə verib".

Kommersiya Nazirliyinin nümayəndəsi hesab edir ki, investisiya sahəsindəki mövcud qeyri-müəyyənlik səbəbindən bir çox Çin müəssisəsi ABŞ-a sərmayə yatırımını azaldıb və ya ABŞ bazarında möhkəmlənmək planlarından imtina edib.

Reaksiya.az

Şərhlər