İran raketi, Türkiyənin S-400-ü...

26.04.2018 15:25     Dünyadan reaksiya     1161

NATO İranın raket proqramına görə narahatdır.

Bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, bu proqram Yaxın Şərqin destabilizasiyası ilə bərabər, bu bölgəyə yaxın ərazilərdə olan gəmilərin hərəkətinə təhlükə yaradır.

Türkiyənin Rusiyadan S-400 sistemləri alması məsələsinə bir daha toxunan Stoltenberq Ankaranın NATO ölkələrindən birindən hava hücumundan müdafiə sistemi alacağına ümid etdiyini açıqlayıb.

Reaksiya.az

Şərhlər