ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini Jina Hespel icra edəcək

27.04.2018 07:51     Dünyadan reaksiya     1093

Mayk Pompeo dövlət katibi təyin olunduqdan sonra ABŞ-ın Mərkəzi Kəşfiyyat İdrəsinin (MKİ) direktoru vəzifəsini Jina Hespel icra edəcək.

Bu məlumat MKİ-nin "Twitter" mikrobloquna yerləşdirilən məlumatında bildirilir.

"Direktor müavini Jina Hespel, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini öz üzərinə götürüb", - deyə məlumatda qeyd olunur.

Reaksiya.az

Şərhlər