ABŞ-dan TARİXİ QANUN LAYİHƏSİ - Türkiyəyə silah satılmayacaq

27.04.2018 13:32     Dünyadan reaksiya

ABŞ Konqresində Respublikaçı və Demokratçı bir qrup senator F-35 tipli qırıcı təyyarələrin Türkiyəyə satılmasını əngəlləmək üçün qanun layihəsi hazırlayıb.

Senatorlar buna səbəb olaraq rahib Endryu Kreyq Bransonun Türkiyədə həbsdə olmasını göstərib.

Qanun layihəsi Konqresə Ceyms Lankford, Ceyn Şahin və Tom Tillis tərəfindən təqdim edilib. Ceyms Lankford Türkiyə hökumətinə həssas texnologiyaların satılmasının son dərəcə riskli olduğunu vurğulayıb: “Türkiyənin strateji qərarları, təəssüf ki, gedərək sərhədini aşır və bəzən ABŞ-ın maraqları ilə əks istiqamətdə olur. Ayrıca, Türkiyə hökuməti getdikcə Rusiyaya yaxınlaşır və amerikalı din adamını siyasi müzakirələrdə fiqur olaraq istifadə edilmək üçün günhasız yerə həbsxanada saxlayır”.

Senator Tillis isə Türkiyəni iki ölkə arasındakı münasibətləri pozmaqda günahlandırıb.(publika)

Reaksiya.az

Advertisement Banner

Şərhlər