Respublikaçılar təslim oldular: Paşinyan təsdiqlədi

03.05.2018 17:15     Dünyadan reaksiya     855

Baş nazir seçildikdən sonra hansı iqamətgahda qalacağımı müəyyən etməmişəm. Hər şey qanun çərçivəsində olacaq.

Reaksiya.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nikol Paşinyan deyib. Paşinyan saqqalını qırxıb-qırxmayacağını da hələ müəyyənləşdirmədiyini bildirib.

O, Respublika Partiyasının ona dəstək verəcəyini vurğulayıb:

“Vaqram Baqdasaryan mənimlə görüşdə təsdiq etdi ki, məni dəstəkləyəcəklər. Məni baş nazir vəzifəsinə irəli sürəcəklər. Bunu fakt hesab etmək olar”.

Qeyd edək ki, Nikol Paşinyan artıq ABŞ-ın Ermənistandakı səfiri Riçard Milzlə görüşüb. O, həmçinin, bu gün Rusiya, Gürcüstan, İran və Avropa Birliyi səfirləri ilə görüşəcəyini də bildirib. (axar.az)

Reaksiya.az

Şərhlər