Kremlin inqilab həyəcanı: 5 maya görə həbslər başladı

04.05.2018 12:06     Dünyadan reaksiya     1012

Rusiya hüquq-mühafizə orqanları müxalif lider Aleksey Navalnının tərəfdarlarını saxlamağa başlayıb.

Həbslər Rusiyanın bir sıra şəhərlərində baş tutub. Navalnının tərəfdarları həbslərin sabah keçiriləcək aksiyalarla əlaqədar olduğunu bildiriblər.

Navalnının Açıq Rusiya Fondu polisin Sankt-Peterburqda İlya Qantvarqı, Krasnoyarskda Mariya adlı aktivisti, Tambovda fondun nümayəndələrindən biri olan İqor Slivini, Krasnodarda Viktor Çirikovu, Çeboksarda Semen Koçkini saxladığını bəyan edib. Həbslər həmçinin Kemerovo və Ryazanda da aparılıb.

Qeyd edək ki, sabah Navalnının tərəfdarları Rusiyanın 90 şəhərində aksiyalar keçirəcəklər. Aksiyaların bir qisminin hakimiyyət orqanları ilə razılaşdırılmadan baş tutacağı bildirilib.(axar)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar