İsraildən Rusiyaya: S-300-lər Suriyaya gətirilərsə...

05.05.2018 13:14     Dünyadan reaksiya     1220

İsrail Suriyada S-300 zenit raket komplekslərinin yerləşdirilməsini istəmir.

Bunu “RİA Novosti” agentliyinə müsahibəsində İsrailin keçmiş müdafiə naziri Moşe Yalon deyib. Onun sözlərinə görə, İsrail bu tədarükün qarşısını almaqdan ötrü Rusiya ilə qarşılıqlı fəaliyyət kanallarına malikdir:

“Bu, bizim xoşumuza gəlmir. Bilirsiniz ki, Suriyanın bütün hava hücumundan müdafiə sistemi sovet və Rusiya istehsalı S-75, S-200, “Buk”, “Pantsir” sistemlərindən təşkil edilib. S-300 daha böyük sistemdir və onun burada peyda olması İsrailin ürəyincə deyil. Biz Suriyanın mövcud hava hücumundan müdafiə sisteminin öhdəsindən gəlməyə hazırıq. S-300-lərə qarşı da fəaliyyətə hazır olmalıyıq”.

Qeyd edək ki, ABŞ rəhbərliyindəki koalisiyanın Suriyaya endirdiyi zərbədən sonra Rusiya Dəməşqə S-300 müdafiə sistemləri verəcəyini açıqlamışdı.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar