Torpaqların azad edilməsinin İKİ VARİANTI - Rusiyanın dağılması və Putinin...

10.05.2018 11:06     Dünyadan reaksiya     1527

“Bu gün işğal edilmiş Krımın Ukraynanın tərkibinə qayıdışının iki münasib variantı var”.

Bunu Krım tatarlarının işləri üzrə Ukrayna prezidentinin xüsusi nümayəndəsi, Ukraynanın Ali Radasının üzvü Mustafa Cəmilov “Apostrof” nəşrinə müsahibəsində bildirib.

“ABŞ-ın Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerin dediklərində məntiq var (Amerikalı diplomat bildirib ki, Krımın azad edilməsi Baltikyanı ölkələrin sovet zülmündən azad olması ssenari üzrə reallaşa bilər –red.). Görünür, Volker SSRİ-nin dağılmasını və Baltikyanı ölkələrin azad olmasını nəzərdə tutur. Bu, Krımın azad olması variantlarından biridir. İkinci variant Krımın tutulmasının əsas rejissoru olan Vladimir Putinun yerdəyişməsidir. Yəni, bu iki variant ən münasibdir: Putinin yerdəyişməsi və ya Rusiya Federasiyasının dağılması.

O, Putinin gedişinin və ya Rusiyanın dağılması prosesinin daha sürətlə baş verməsini istisna etmir: “Düşünmürəm ki, Putinin gedişi və ya Rusiyanın dağılması xeyli vaxt aparacaq. Amma indi vaxt dinamikdir və sanksiyalar kifayət qədər effektivdir. Onlar öz işini görürlər və sonda belə nəticələrə gətirib çıxara bilər”.

Krım tatarlarının lideri yarımadanın Ukraynanın tərkibinə qaytarılması üçün üçüncü – hərbi varianta qarşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu variant ilk növbədə, Krım tatarlarının məhv edilməsini sürətləndirəcək. Millət vəkili Çeçenistan müharibələrini xatırladıb.

Prezidentin xüsusi nümayəndəsi əlavə edib ki, Krımın sürətlə hərbiləşdirilməsi, o cümlədən nüvə silahları və “İskəndər” raketlərinin yerləşdirilməsi yarımadanı insan yaşamayan əraziyə çevriə bilər.(publika)

Reaksiya.az

Şərhlər