Kim Çen Trampla görüş barədə bəyanat yaydı

10.05.2018 11:34     Dünyadan reaksiya     1199

ABŞ Prezidenti Donald Trampla görüşüm Koreya yarımadasında parlaq gələcəyi inşa etmək üçün atılmış addım olacaq.

Bu barədə Şimali Koreya lideri Kim Çen İnin bəyanatında deyilib.

“Tarixi görüş Koreya yarımadasında müsbət dəyişikliklər və parlaq gələcəyin qurulması üçün əla bir ilk addım olacaq”, - Şimali Koreya lideri bildirib.

Qeyd edək ki, Kim Çen İnin bəyanatı ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra yayılıb.

Reaksiya.az

Şərhlər