Ağ bayraqla Azərbaycana qaçan erməni tutuldu

19.05.2018 11:36     Dünyadan reaksiya     1236

Ermənistanın Tavuş vilayətinin Verin Karmiraxbyur kəndinin sakini Azərbaycanla sərhədi keçməyə çalışıb.

Bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. Sərhədi keçməyə çalışan şəxsin 1975-ci il təvəllüdlü olduğu bildirilib. Onun sərhədi keçmək istərkən köynəyindən ağ bayraq kimi istifadə etməyə çalışdığı qeyd edilib.

Mətbuat sərhədi keçməyə çalışan şəxsin Rusiyada hərbi məktəbdə oxuduğunu yazıb. Onun uzun illər Qazaxıstanda yaşadığı və həm Ermənistan, həm Qazaxıstan vətəndaşlığına sahib olduğu bildirilir.

Adı açıqlanmayan şəxsin Azərbaycana qaçmaq istəyinin səbəbi də ortaya çıxıb. Başını götürüb ölkəsindən qaçan 43 yaşlı vətəndaş guya "Qarabağın ermənilərə aid olduğunu sübut edən sənədləri Azərbaycana vermək istəyirmiş". "Sənədlər"in nədən ibarət olduğu bilinmir, həmçinin, qaçan şəxs onları harasında "gizləyibsə", onu hüquq-mühafizə orqanları da hələ ki "tapmayıblar".

"Qaçma səbəbi" barədə gülünc açıqlamaya erməni ictimaiyyəti də istehza edib.(axar)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar