Əfqanıstanda regional qaz kəmərinə hücum olub, 5 nəfər yaralanıb

21.05.2018 16:58     Dünyadan reaksiya     777

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində tikilməkdə olan qaz kəmərinə silahlı hücum nəticəsində azı 5 nəfər yaralanıb.

“Report” “Pajhwok” saytına istinadən xəbər verir ki, naməlum silahlı şəxslər tikintisi davam edən Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinə hücum ediblər.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, bu regional layihənin uzunluğu 1800 km-dir. Oradan gündə 90 milyon kub metr, yaxud ildə 38 milyard kubmetr təbii qaz nəql ediləcək. Əfqanıstan gündəlik nəql olunan mavi yanacağın 14 milyon kubmetrini, Hindistan və Pakistan hər biri 38 milyon kubmetrini alacaq. Bu kəmərin tikintisi iştirakçı dövlətlərə 7,6 milyard dollara başa gələcək.

Reaksiya.az

Şərhlər