Qəzzada növbəti qarşıdurma: İsrail tankları hərəkətə keçdi

22.05.2018 11:43     Dünyadan reaksiya     1152

Bir neçə fələstinli Qəzza sektorundan İsrailə keçərək hərbi postu yandırıb.

Hadisə nəticəsində İsrail ordusundan xəsarət alan olmayıb.

Cavab olaraq İsrail ordusuna məxsus tanklar HƏMAS-ın Qəzza zolağının cənubunda yerləşən müşahidə məntəqəsini atəşə tutub.

Xatırladaq ki, bir qədər əvvəl Qəzza zolağında fələstinlilərin “Milyonluq yürüş”ü zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 61 nəfər öldürülmüşdü.(axar)

Reaksiya.az

Şərhlər